Siqaretin içində heroin gətirdi, yaxalandı
09 fevral 2018 09:53 (UTC +04:00)

Siqaretin içində heroin gətirdi, yaxalandı

0

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib.

 

Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar