
Silsilə oğurluq edən şəxslər saxlanılıb
Silsilə oğurluq edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regonal qrupundan Lent.az-a verilən məlumata görə, iyulun 16-da Bərdə rayon Divanlı kənd sakini Rahib Məhərrəmov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus evdən məişət əşyalarının oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar pols əməkdaşları tərəfndən dərhal müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evdən oğurluq edən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyev saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə qohumları - Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Aftandil Şahbazovla və Goranboy rayon sakini Təyyar Uğurluyevlə əlbir olaraq Bərdə rayonunda əlavə 3 mənzildən və Ucar rayonunda 1 mənzildən pul, qızıl-zinət və məişət əşyaları oğrladıqları müəyyən edilmişdir.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazısindəki 1 evdən və diş poliklinikasından tikinti və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Yaşar Qasımov və İsi Əhmədov da maddi subutlarla birlikdə saxlanılıblar.
Qeyd olunan faktlarla bağlı Bərdə RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq araşdırma aparılır.
Oxşar yazılar

Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10
Beyləqanda yeniyetmə kanalda batdı
3 iyul 2025 , 16:18Şəmkirdə su anbarında batan gənc qızın meyiti tapıldı
3 iyul 2025 , 16:13
Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü
3 iyul 2025 , 16:02
Novxanı və Görədildə bağ evlərindən oğurluq edənlər saxlanıldı - VİDEO
3 iyul 2025 , 16:00
İzmirdə yanğın fəlakəti - FOTOLENT
3 iyul 2025 , 15:17
Məktəb direktoru faciəvi şəkildə öldü
3 iyul 2025 , 14:00