Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Vüqar Abışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 2-nə təyin edilib.
Qeyd edək ki, V. Abışov ötən il Sumqayıtda saxlanılıb. Onun üzərindən odlu silah aşkar edilib. O Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham edilir. Xatırladaq ki, V. Abışov uzun müddət hüquqşunas fəaliyyəti ilə məşğul olub.