Şeyx ölkənin din xadimlərinə səsləndi: <span style="color:red;">“Qorxmayın!”  - YENİLƏNİB
06 iyun 2014 15:41 (UTC +04:00)

Şeyx ölkənin din xadimlərinə səsləndi: “Qorxmayın!” - YENİLƏNİB

APA-nın məlumatına görə, bu gün QMİ nəzdində təkmilləşdirmə kurslarının ilkin mərhələsinin yekunları ilə bağlı tədbirdə çıxışı zamanı A.Paşazadə bildirib ki, əsl dindarlar ayıq-sayıq olmalıdırlar.

 

Şeyx əvvəlcə mətbuatdan din xadimləri ilə bağlı yazılanlara etirazını bildirib: “Mətbuatda dinin birtərəfli qaydada təbliği gedir. Telekanallarda pirlərdən, falçılıqdan və digər eybəcərlikdən danışılır. Amma media pisliklərlə yanaşı, yaxşılığı da deməlidir. Mən demirəm pislikdən yazmayın. Yazın. Amma bunun yaxşı olanları da var axı”.

 

Şeyx mətbuatda dinin pis tərəfdən təbliğinə səbəb olan dindarlardan da danışaraq, dindarları onlara qarşı mübarizə aparmağa çağırıb: “Ölkədə din xadimi adı ilə təhlükəli, saxta adamlar peyda olub ki, onlara din xadimi demək olmaz. Əsl dindarlar haqqı söyləyərək onlara qarşı ayıq-sayıq olmalıdır. Siz çəkinməyin, bu gün hansısa vəhhabi, uzun saqqalı-filan ağzına gələni danışır. Hətta şiələr arasında da radikallıq nümayiş etdirənlər var. Məsələn, fətva verir ki, get filankəsin başını kəs. Belə hala qarşı qorxmayın, əksinə, haqqın tərəfində olaraq onlara imkan verməyin”.

 

Şeyx din xadimlərinə çıxışlarında yalnız haqqı söyləməyi məsləhət görüb: “Sizə çağırış edirəm, din xadimləri dini radikallığa qarşı konkret mövqelərini ifadə etməlidirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3478
avatar

Oxşar yazılar