Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Noyabr
06 noyabr 2015 20:15 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Noyabr

GÜNÜN ŞƏRHİ
 
Rusiya Yaxın Şərqdə mövqelərini möhkəmləndirsə də, Qərb ənənəvi təzyiq üsullarından əl çəkmir. Neftin qiymətinin ucuzlaşdırılması siyasəti uzun müddətə hesablanıb, Rusiyanın dünya siyasətində tutduğu mövqedən asılı olmayaraq, bu proses davam edəcək. Qərb üçün bu siyasət təkcə Rusiya və İranın gəlirlərini azaltmaq üçün deyil, həm də iqtisadi böhrandan çıxmaq üçün lazımdır. Oyunun lap əvvəlindən Qərbin əlinə oynayan Səudiyyə Ərəbistanının Avropa bazarlarında möhkəmlənmək cəhdləri də bununla bağlıdır. Neft dünyasında həlledici mövqeyə sahib olması Səudiyyəyə əlavə üstünlüklər verir və Ər-Rİyad hələlik bu üstünlüklərdən Qərbin maraqlarını təmin etmək üçün istifadə edir. Səudiyyə Avropa bazarının Rusiya neftindən asılılığını azaltmağa qadirdir. Bu, sözsüz ki, Qərb üçün böyük xidmətdir və belə xidmət əvəzsiz qala bilməz. ABŞ bu xidmətin əvəzini Səudiyyəyə nə ilə ödəyəcək? İranı küncə sıxışdırmaq siyasətini  davam etdirməklə, Yəmən və Bəhreyndə Səudiyyə hakimiyyətini bərpa etməklə, yoxsa Səudiyyəli şahzadələri girovluqdan buraxmaqla? Bu sualın cavabını zamanın ixtiyarına buraxaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

Oxşar yazılar