Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Fevral
24 fevral 2015 20:10 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Fevral

GÜNÜN ŞƏRHİ

ABŞ-ın İŞİD strategiyası Sov. İKP MK-nın beşillik planını xatırladır. Birinci il hava zərbələri, ikinci il İŞİD-ə müxalif qruplaşmaları silahlandırmaq, üçüncü il onları döyüşə göndərmək, dördüncü il terrorçuları hazırda nəzarət etdikləri ərazilərdə məhv etmək, beşinci il isə qələbəni qeyd etmək... Rəhmətlik Fazil Salayevin təbirincə desək, “bəs birdən alınmadı?” ABŞ-ın İŞİD strategiyasında bu sualın cavabı yoxdur, adamlarda bu strategiyanın uğuruna şübhə yaradan da budur. ABŞ-ın məqsədi İŞİD problemini Amerika vətəndaşlarının burnu qanamadan həll etməkdir, çünki belə məqamda geriyə çəkilməyə həmişə yer var. Vaşinqtonun nəzərində strategiyanın üstün tərəfi budur. Məhz bu səbəbdən bu strategiyanın İŞİD-in ömrünü daha da uzadacağı reallığına göz yumulur. İŞİD-in ömrünün uzadılmasının hər günü isə günahsız insan ölümlərinin artması deməkdir. Buna görə günahın bir hissəsi həm də beşillik planın müəllifi olan ABŞ-ın üzərinə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 72
avatar

Oxşar yazılar