GÜNÜN ŞƏRHİ
Türkiyə Suriyanın şimalında gedən proseslərdə aktiv rol almağa başlayıb. Təlim keçmiş 500 türkmən sərhədi keçərək Cerablus ətrafında mövqe tutub, Türkiyə ordusu Cerablusun İŞİD-dən təmizlənməsi əməliyyatına start verib. Mendiçin şimalında PYD mövqeləri və Cerablusda İŞİD mövqeləri uzaqvuran toplardan aramsız atəşə tutulub. Artilleriya hazırlığı ərəfəsində PYD komandirinin öldürülməsi də diqqət çəkən məqamdır. Türkiyəni təhdid edən, ABŞ-ı verdiyi vədə əməl etməyə çağıran PYD rəhbəri əməliyyatın başlanmasına bir neçə saat qalmış öldürülüb. Artıq Cerablusun İŞİD-dən təmizlənməsi prosesinə başlamaq an məsələsidir. Türkiyədə bununla bağlı siyasi həmrəylik mövcuddur, baş nazir Yıldırım Cerablus əməliyyatı ilə bağlı müxalifəti məlumatlandırıb, açıqlama verilməsə də, hiss olunur ki. Ankaranın addımları partiyalar tərəfindən dəstəklənir. Bəs aysberqin görünməyənə tərəfində nə var? PYD-nin və ona dəstək vədi verən ABŞ-ın prosesi sakitliklə izləyəcəyini ehtimal etmək ağılsızlıq olardı. Türkmən əsgərlərin Suriya sərhədini keçdikdən bir neçə saat sonra Qaziantepdə terror aktının baş verməsi göstərir ki, heç kim Türkiyənin Cerablusa sahiblənməsini sakitliklə izləməyəcək. Bu səbəbdən Türkiyə Suriya siyasətində addım-addım irəlilədikcə, ölkəni dəhşətli terror aktlarının, sui-qəsdlərin gözləyəcəyi şəksizdir. ABŞ-ın Suriyadakı maraqlarını balanslaşdırmaq isə faktiki mümkün deyil. Təəssüf ki, düz yolla irəliləmək istəyən Türkiyəni daha ağır günlər gözləyir.

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 Avqust
Oxşar yazılar

Şamaxıda qadın sürücü maşını aşırdı: 1 ölü, 9 yaralı var - YENİLƏNİB
13 avqust 2025 , 20:32
Azərbaycanlı gənc dayanacaqda maşınla insanları əzdi
13 avqust 2025 , 18:57
Azərbaycanda 29 hamilə qadın ölüb - STATİSTİKA
13 avqust 2025 , 17:03
Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
13 avqust 2025 , 14:48
Bakıda ƏMƏLİYYAT: iranlının tapşırıqlarını yerinə yetirənlər saxlanıldı
13 avqust 2025 , 14:37
8-ci mərtəbədən yıxılan körpə sağ qaldı
13 avqust 2025 , 14:33
Bu ölkənin keçmiş birinci xanımı korrupsiyaya görə HƏBS OLUNDU
13 avqust 2025 , 13:49