Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Dekabr
19 dekabr 2016 20:12 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Dekabr

GÜNÜN ŞƏRHİ

 

Makkeynin baxışları ənənəvi “şahin” baxışıdır. ABŞ siyasi elitasındakı “şahinlər” ABŞ-ın liderliyində deyil, ABŞ-ın hegemonluğunda bir dünya düzəni qurulmasına tərəfdardır. Obama dönəmi bitir, Makkeynin bu fikirləri artıq sabiq sayıla biləcək prezidentə deyil, yeni prezidentə və onun komandasına ünvanlanıb. ABŞ-ın dünya siyasətində lider rolunun azalması fərqli dəyərləndirilir. Obama və tərəfdarları hesab edir ki, bu, hegemon siyasətin nəticəsidir, hər kəslə paralel müharibə və mübarizə aparmaq liderliyə mane olur. İrana qarşı siyasətin yumşaldılması, Kuba ilə barışıq siyasəti bu baxışların nəticəsi idi. “Şahinlər” isə hesab edir ki, ABŞ-la yalnız hegemonluq siyasəti yürüdülərsə, hesablaşacaqlar, əks təqdirdə Vaşinqtonun dünya siyasətində təsir imkanları getdikcə azalacaq. Makkeyn də bu səbəbdən Trampın yeni komandasına mesaj verir: “Yumşaq siyasət yolverilməzdir”. Mesaj necə qəbul olunacaq, necə dəyərləndiriləcək, bunu Trampın hakimiyyətinin ilk 100 günündə biləcəyik. Yeganə bildiyimiz odur ki, sərt güc tərəfdarları artıq indidən hələ formalaşmayan komandaya ciddi təzyiqlərə başlayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245

Oxşar yazılar