GÜNÜN ŞƏRHİ
Türkiyədə Konstitusiya dəyişiklikləri ilə bağlı səsvermə 15 iyuldan bəri ortalıqda olan bəzi suallara cavab vermiş olacaq. AKP-nin parlament fraksiyasında xeyli sayda Fəthullahçı Terror Təşkilatının üzvü olduğu iddia edilir, əgər gerçəkdən də belədirsə, FETÖ-çü millət vəkilləri gizli səsvermədə Konstitusiya dəyişikliklərinin, yəni həm də Ərdoöanın əleyhinə səs vermiş olacaqlar. AKP Konstitusiya dəyişikliklərini qəbul etmək üçün cəmi 14 əlavə səsə ehtiyac duyur və bu dəstək MHP tərəfindən çox güman ki, təmin ediləcək. MHP üzvü olan 39 millət vəkilindən ən azı 14-nün dəyişikliklərə səs verəcəyi artıq həll olunmuş kimid görünür. Amma AKP daxilində FETÖ-çü millət vəkilləri dəyişiklikləri dəstəkləməsə, necə deyərlər çomaq əyri bitəcək. Bu baxımdan səsvermənin nəticələrini izləmək vacibdir. Çünki dəyişikliklər qəbul olunsa, Türkiyədə dövlət idarəetməsi faktiki dəyişmiş olacaq, olunmasa, FETÖ təmizliyində növbə AKP-li millət vəkillərinə çatacaq. Gözləyək.