Səsyazma studiyasının rəhbəri müştərini və arvadını döydü
0
0
Xətai rayonunda döyülmə hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Xətai rayonunda yerləşən səsyazma studiyalarının birində müştəri, 1986-ci il təvəllüdlü Vasif Xıdırov və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Şəbnəm Xıdırova döyülüb.
Zərərçəkmiş şəxslərin Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına verdiyi izahata görə, onları studiyanın rəhbəri Kamran adlı şəxs döyüb.
Xətai RPİ tərəfindən cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
0
0