Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi dəyişdirildi
18 iyul 2016 16:44 (UTC +04:00)

Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi dəyişdirildi

0

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərənxamla aşağıdakı dəyişikliklər edilib:

 “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80) aşağıdakı dəyişikliklər edilib.

 

Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

 

Süleyman İsmayılov

–

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Sənədlərlə və vətəndaşların

müraciətləri ilə iş şöbəsinin müdiri

Komissiyanın üzvləri:

 

Fatma Abdullazadə

–

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Humanitar siyasət məsələləri

şöbəsinin müdiri

 

Fuad Ələsgərov

–

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Hüquq  mühafizə orqanları ilə iş

şöbəsinin müdiri

 

Şahin Əliyev

–

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Qanunvericilik və hüquq

ekspertizası məsələləri şöbəsinin müdiri

 

Eldar Nuriyev

–

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri

 

Tələt Məcidov

–

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri

 

Səadət Yusifova

–

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Siyasi təhlil və informasiya

təminatı şöbəsinin müdiri

 

Azər Əmiraslanov

–

Azərbaycan Respublikası Prezidentinin iqtisadi

islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye

məsələləri şöbəsinin müdiri

 

Mail Rəhimov

–

Azərbaycan Respublikasının iqtisadi siyasət

məsələləri üzrə Dövlət müşavirinin xidmətinin  İqtisadi

siyasət məsələləri şöbəsinin müdiri

 

Əli Hüseynov

–

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin

müavini

 

Ataxan Paşayev

–

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi”.

 

 

Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə” üzrə:

I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;

1-ci hissə üzrə:

2-ci bənddən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni,” sözləri çıxarılsın və “işə dair” sözləri “iş barədə” sözləri ilə əvəz ediləcək.

4-cü bənddə “Ümumi şöbənin” sözləri “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri ilə əvəz edilsin;

3-cü hissə üzrə:

1-ci bənddə “II bölməsində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz ediləcək;

3-cü bəndin ikinci cümləsindən “bir qayda olaraq” sözləri çıxarılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 541

Oxşar yazılar