Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təрə” gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Səadət Babayevanın üzərində tiryək tapılıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Səadət Babayeva gömrük nəzarətindən keçərkən ona məxsus sellofan torbanın içərisində bir ədəd bükümdə, xalis çəkisi 14,882 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Fakt üzrə təhqiqat aparılır.