Şəkidə yol qəzası: 46 yaşlı kişi öldü
12 noyabr 2015 09:41 (UTC +04:00)

Şəkidə yol qəzası: 46 yaşlı kişi öldü

0

Şəki şəhərində naməlum avtomobillə vurulan 46 yaşlı kişi ölüb.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 11-i saat 23:30 radələrində Oğuz şosesi adlanan ərazidə rayonun Aşağı Şabalıd kənd sakini, 1969-cu il təvəllüdlü Mübariz Qurbanəli oğlu İsmayılov maşınla vurulub. M. İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü isə qaçıb. 


Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, M. İsmayılovun ölümünə səbəb olan maşın və sürücüsü axtarılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar