Şəkidə toyda kütləvi zəhərlənmə
27 avqust 2019 17:09 (UTC +04:00)

Şəkidə toyda kütləvi zəhərlənmə

0
Şəkidə toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
 
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər.
 
Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar.
 
Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 943

Oxşar yazılar