Şəkidə tələbəni avtomobil vurub
01 iyun 2014 01:39 (UTC +04:00)

Şəkidə tələbəni avtomobil vurub

Şəkidə tələbəni avtomobil vurub. Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu  Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü, Şamaxı rayonu Bağırlı kənd sakini Qafarov Tural Həbib oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun kənarındakı piyada,  1994-cü il təvəllüdlü, rayonun  Köndələn kənd sakini Şahmərdanov Gündüz Rafiq oğlunu vurub. 

 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Gündüz Şahmərdanov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Gündüz Şahmərdanovun hazırda vəziyyəti orta-stabil hesab olunur, müalicəsi xəstəxanada davam etdirilir. Şəki RMX-dan APA-ya o da bildirilib ki, Gündüz Şahmərdanov Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqlarından birinin tələbəsidi, bir-neçə gün əvvəl evə gəlib. 
 

Fakla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar