Şəkidə Motofestival iştirakçıları qəzaya düşdü: 2 yaralı
29 avqust 2015 02:26 (UTC +04:00)

Şəkidə Motofestival iştirakçıları qəzaya düşdü: 2 yaralı

0

Şəkidə keçirilən 4-cü Beynəlxalq Motofestival iştirakçıları qəzaya düşüb. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 00:30 radələrində Şəki şəhər ərazisində baş verən yol qəzasından 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırma zamanı məlum olub ki, Şəkidə keçirilən 4-cü Beynəlxalq Motofestival iştirakçısı olan  Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elçin Fikrət oğlu Babayev idarə etdiyi motosikletin idarəetməsini itirməsi səbəbindən motosikleti yolun kənarındakı maneəyə vurub. Qəza nəticəsində Elçin Babayev və motosikletin arxa hissəsində əyləşən sərnişin, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Muradova xəsarət alıb.  Elçin Babayev yüngül xəsarət aldığından ona xəstəxanada ilkin tibbi yardım edildikdən sonra evə buraxılıb.  Qəza nəticəsində ağır kəllə-beyn zədəsi alan Aynurə Muradovaya xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. O, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar