Şəkidə 65 yaşlı kişi intihar edib. Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri Fətəli Xan Xoyski küçəsi, ev 101-də qeydə alınıb.
Şəki şəhər sakini, 1948-ci il təvəllüdlü Məmmədov Allahyar Muxtar oğlu özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş maşın qarajında asaraq intihar edib.
A. Məmmədovun hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Şəki şəhər-rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.