Şəkidəki yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - <span style="color:red;">YENİLƏNİB
04 aprel 2014 10:02 (UTC +04:00)

Şəkidəki yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB

Şəkidə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyən olunub.


 

Qəza nəticəsində hadisə yerində ölən şəxs 66-BB-759 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobilin sürücüsü, Şəkinin Kiş kənd sakini 1965-ci il təvəllüdlü Şirinov Məmməd Atamalı oğludur.

 

Xəsarət alanlar - sürücünün həyat yoldaşı, 1970-ci il təvəllüdlü Şirinova Bahar İdris qızı, onların övladları 1992-ci il təvəllüdlü Şirinov Namiq Məmməd oğlu, 1993-cü il təvəllüdlü Şirinov Hümmət Məmməd oğlu və 2000-ci il təvəllüdlü Şirinova Cəlalə Məmməd qızıdır.

 

Şirinov Hümmət Məmməd oğlu və Şirinova Cəlalə Məmməd qızının vəziyyəti ağır olduğundan onlar Şəki Mərkəzi Rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Şirinova Bahar İdris qızı və Şirinov Namiq Məmməd oğlu isə travmatologiya şöbəsinə yerləşdiriliblər.

 

***

19.50

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə saat 18.00 radələrində Şəki-Qax yolunun İnci kəndi ərazisindən keçən hissəsində baş verib.

 

 

Belə ki, 66-BB-759 dövlət nömrə nişanlı VAZ-2101 markalı avtomobil Qax istiqamətində hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın Sin çayı üzərindəki körpüdən aşağı düşüb.

 

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Sərnişinlər - iki qadın və iki kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır olduğu üçün onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Qəzaya düşmüş şəxslərin bir ailənin üzvü olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

# 1377
avatar

Oxşar yazılar

Orduya məcburi səfərbər edildi:  Rusiya əsgərlərini güllələdi

Orduya məcburi səfərbər edildi: Rusiya əsgərlərini güllələdi

6 may 2024 , 16:51
Saxta "uduşlu" lotoreyalara  görə Lənkəranda tutuldu

Saxta "uduşlu" lotoreyalara görə Lənkəranda tutuldu

6 may 2024 , 15:45
Bakıda  bahalı motosiklet   oğurlandı - VİDEO

Bakıda bahalı motosiklet oğurlandı - VİDEO

6 may 2024 , 14:50
Daxili işlər nazirinin müavininin oğluna hökm oxundu

Daxili işlər nazirinin müavininin oğluna hökm oxundu

6 may 2024 , 13:55
Mingəçevirdə davanın sonu  QANLA BİTDİ

Mingəçevirdə davanın sonu QANLA BİTDİ

6 may 2024 , 12:20
Məhkəmədən Anar Məmmədli ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Anar Məmmədli ilə bağlı YENİ QƏRAR

6 may 2024 , 11:51
Bakıda tapança alverçisini belə yaxaladılar

Bakıda tapança alverçisini belə yaxaladılar

6 may 2024 , 11:25
Cəlilabadda 8 gündür hamı bu oğlanı AXTARIR

Cəlilabadda 8 gündür hamı bu oğlanı AXTARIR

6 may 2024 , 11:03