Şəki sakini həmkəndlisini bıçaqlayıb
30 yanvar 2015 21:06 (UTC +04:00)

Şəki sakini həmkəndlisini bıçaqlayıb

0

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.

 

Rayonun  Kiş kənd sakini, 1963-cu il təvəllüdlü Kənan Kamil oğlu  Kərimovla həmkəndlisi Əkrəm Fətəli oğlu Nəcəfov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib. Davaya  çevrilən münaqişə zamanı Əkrəm Nəcəfov üzərində olan bıçaqla Kənan Kərimovun döş qəfəsinə kəsici və deşici xəsarət yetirərək hadisə yerini tərk edib. Kənan Kərimov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki ŞRPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Əkrəm Nəcəfov tutularaq istintaqa təhvil verilib.

 

Şəki RMX-dan APA-ya bildirilib ki, Kənan Kərimovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar