Şəki, Qax və Balakəndə xeyli sayda silah-sursat aşkarlanıb
22 may 2014 00:41 (UTC +04:00)

Şəki, Qax və Balakəndə xeyli sayda silah-sursat aşkarlanıb

 Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı çərçivəsində Şəki, Qax və Balakən rayonlarından xeyli sayda silah-sursat aşkarlanıb.

 

Şəki rayon Polis Şöbəsindən APA-nın  Şəki-Zaqatala bürosuna verilən məlumata görə, “Sərhəd-sipər” əməliyyatı ilə əlaqədar rayon ərazisində 3 yerdə post qurulub, tədbirin ilk iki günü xeyli sayda silah-sursat aşkarlanıb, bir nəfər axtarışda olan şəxsin yeri müəyyən edilib.

 

Keçirilmiş əməliyyat tədbiri zamanı rayonun Qoxmuq kəndi ərazisindən  1 ədəd  AKM  markalı avtomat silahı, 1  ədəd avtomat silahının  patron darağı,  55 ədəd 7,62 çaplı  və  699 ədəd 5,45 çaplı avtomat gülləsi aşkarlanaraq götürülüb. 52 nəfər sürücü və rayon sakininə qaydaları pozduğu üçün  İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol yazılıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi  ilə axtarışda olan, 1979-cu il təvəllüdlü, rayonun İncə kənd sakini Mustafa Abdulkərim oğlu Abdullayevin yeri müəyyən olunub, rayonu xəbərsiz tərk etməməsi barədə iltizam alınıb.

 

Qax rayon PŞ-dən verilən məlumata görə, keçirilmiş tədbir nəticəsində rayon ərazisindən 1 ədəd nömrəsiz  AKM  markalı avtomat silahı, 1  ədəd avtomat silahının  patron darağı və 90 ədəd 5,45 çaplı avtomat silahının gülləsi aşkar olunaraq götürülüb. Keçirilmiş tədbir nəticəsində 270 avtomobil və 391 sərnişin yoxlanılıb. 22 sürücüyə və 18 sərnişinə qaydaları pozduğu uçun İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol yazılıb.

 

Balakən rayon PŞ-dən verilən məlumata görə, rayonun Poçtbinə kəndi ərazisindən 1 ədəd nömrəsi silinmiş AKM  silahı, 86 ədəd avtomat gülləsi və 1 ədəd qaz tapançası aşkarlanaraq götürülüb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi  ilə axtarışda olan rayon sakini Nəriman Maqliyevin yeri müəyyən edilərək tutulub.

 

Məlumatda bildirilir ki, tədbir nəticəsində tapılan  silah-sursat hər hansı cinayət hadisəsində işlənib-işlənmədiyini öyrənmək üçün Daxili İşlər Nazirliyini silah anbarına göndəriləcək.

 

Qeyd edək ki, “Sərhəd-sipər” əməliyyatı Azərbaycanın Rusiya ilə həmsərhəd  olan şimal və şimal-qərb rayonlarında keçirilir. Əməliyyatında Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir. Əməliyyatın mayın 26-nə kimi davam edəcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1361
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15