Səhiyyə Nazirliyi: "TTY həkimlərinə boğulma ehtimalı ilə 4 nəfər müraciət edib"
08 oktyabr 2019 08:50 (UTC +04:00)

Səhiyyə Nazirliyi: "TTY həkimlərinə boğulma ehtimalı ilə 4 nəfər müraciət edib"

 

Binə ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə çatdırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də yanğının qarşısının alınması istiqamətində görülən işlər barədə açıqlama yayıb. Məlumatda qeyd olunub ki, saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub. Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı  mağazaların yanar konstruksiyaları və içərisində olan mallar, təqribən, 2500 m2 sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından  mühafizə olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

# 402
avatar

Oxşar yazılar

Kamran Əliyev onu təqaüdə göndərdi

Kamran Əliyev onu təqaüdə göndərdi

4 mart 2024 , 15:10
Bakıda kafedə KÜTLƏVİ DAVA

Bakıda kafedə KÜTLƏVİ DAVA

4 mart 2024 , 13:33
Daha bir tələbə  vəfat etdi

Daha bir tələbə vəfat etdi

4 mart 2024 , 12:46
Azərbaycanda falçıya hökm oxundu  - Bu qədər pul aparıb

Azərbaycanda falçıya hökm oxundu - Bu qədər pul aparıb

4 mart 2024 , 11:35
Azərbaycanda DƏHŞƏT:   İtlərin parçaladığı azyaşlının vəziyyəti ağırdır -  VİDEO   - YENİLƏNİB

Azərbaycanda DƏHŞƏT: İtlərin parçaladığı azyaşlının vəziyyəti ağırdır - VİDEO - YENİLƏNİB

4 mart 2024 , 11:12
Axtarışda olan 43 nəfər saxlanıldı

Axtarışda olan 43 nəfər saxlanıldı

4 mart 2024 , 09:54
240 ədəd psixotrop maddə satan şəxslər SAXLANILDI

240 ədəd psixotrop maddə satan şəxslər SAXLANILDI

4 mart 2024 , 09:36
Tovuzda maşın piyadanı VURUB ÖLDÜRDÜ

Tovuzda maşın piyadanı VURUB ÖLDÜRDÜ

4 mart 2024 , 09:18