APA-nın məlumatına görə, hadisə Dövlət Statistika İdarəsinin qarşısında qeydə alınıb. 60 yaşlı Tahir Şərifov sükanı arxasında olduğu “BMW-X5” markalı avtomobillə İnşaatçılar prospekti ilə Haqveriyev küçəsi istiqamətində hərəkətdə olarkən qəfildən idarə etməni itirib.
Yüksək sürətlə hərəkətdə olan avtomaşın prospektdə olan reklam lövhəsinə dəyərək dayanıb. Sürücü xəsarət almasa da avtomobilə və reklam lövhəsinə ziyan dəyib. Qəza ilə əlaqədar ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə sürücü Tahir Şərifovun səhhətində yaranan problem səbəb olub. Faktla bağlı araşdırma aparılır.