Ağstafa rayonunda vəhşi heyvanlar tərəfindən meyiti tapılmış şəxslə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, dekabrın 23-də itkin düşmüş şəhər sakini Adil Osmanovun 56 yaşı olub. Onun hansı səbəbdən evdən getməsi məlum deyil. Dünən Ağstafa şəhərindən keçən kanalın yaxınlığında insanlar kəskin qoxunun gəldiyini hiss ediblər və əraziyə baxış keçirilərkən 6 gün əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb.
A.Osmanovun hansı səbəbdən öldüyü hələlik dəqiqləşməyib.
Ehtimal edilir ki, vəhşi heyvanlar 56 yaşlıkişi öləndən sonra onun meyitini didib.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılı, zərusi ekspertizalar təyin edilib.
*****
12:22
Azərbaycanda itkin düşmüş şəxsin meyiti tapılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 23-də itkin düşmüş Ağstafa şəhər sakini Adil Osmanovun vəhşi heyvalar tərəfindən didilmiş vəziyyətə salınmış meyiti şəhər ərazisində tapılıb.
Araşdırmalar aparılır.