Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə rayonun Yenikənd kənd sakini, 1959-cu il təvəllüdlü Fazil Hüseynov həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aybəniz Hüseynovanı bıçaqlayıb. A. Hüseynova qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.
Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ailədaxili münaqişə zəmində baş verib. Hadisəni törədən Fazil Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.