Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 1942-ci il təvəllüdlü Xədicə Dövlətnəzər qızı Fəttahovanın batdığı ehtimal edilir.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib və axtarışlara başlayıblar.
Hələlik axtarışlar nəticə verməyib.