Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonunda Məmmədov Məhəbbət Səyyad oğluna məxsus “VAZ” markalı minik avtomobili kollektora düşüb.
Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.Məmmədovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.