Şagirdin bıçaqladığı məktəb gözətçisi öldü
22 may 2014 14:54 (UTC +04:00)

Şagirdin bıçaqladığı məktəb gözətçisi öldü

0

Cəlilabadda 10 gün öncə bıçaqlanmış məktəb gözətçisi ötən gecə dünyasını dəyişib.


 

Bu barədə APA-nın cənub bürosuna Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.  Hadisəni törətmiş 8 saylı texniki və humanitar fənlər təmayüllü orta məktəb-liseyin şagirdi Bəxtiyar Əsədullayev isə həbs olunaraq istintaq orqanlarına təhvil verilib.

 

Qeyd edək ki, bıçaqlanma hadisəsi mayın 12-də Cəlilabad  şəhərinin Heydər Əliyev prospektində yerləşən 8 saylı texniki və humanitar fənlər təmayüllü orta məktəb-liseyin həyətində qeydə alınıb. Məktəbin  gecə gözətçisi  kimi çalışan  Cəlilabad sakini, 47 yaşlı  Şəmsəddin Ağasaleh oğlu Məlikov həmin məktəbin 10-cu sinif şagirdi Bəxtiyar Salamat oğlu Əsədullayev tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarəti alan yaralı  yerli sakinlərin müdaxiləsi ilə dərhal Cəlilabad MRX-a çatdırılaraq üzərində cərrahiyyə əməliyyatı olunub. Sonradan onun vəziyyəti ağırlaşdığından Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq Ş.Məlikov dünyasını dəyişib.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1203

Oxşar yazılar