Dünən gecə Azərbaycanın Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 1979-cu il təvəllüdlü Gülşahnaz Məlikqızı naməlum maşın tərəfindən vurulub, sürücü hadisə yerində qaçıb. Ağır vəziyyətdə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. O, səhər saatlarında xəstəxanada ölüb.
Araşdırmalar zamanı hadisəni törədən şəxs Şabran rayon Polis Şöbəsinin əməkdaşı, sahə müvəkkili, polis mayoru Ramin Ağayev olması müəyyənləşib. O, idarə etdiyi “Niva” markalı avtomaşınla qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.