Sabirabadda avtomobil dərəyə düşdü, ölən var
08 iyul 2013 17:09 (UTC +04:00)

Sabirabadda avtomobil dərəyə düşdü, ölən var

Sabirabad rayonunda avtomobil qəzası zamanı 62 yaşlı sürücü dünyasını dəyişib.


 

Bu barədə APA-nin Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə bu gün günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 40-cı kilometrliyində, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1951-ci il təvəllüdlü Abdullayev Ağazadə Məmməd oğlu idarə etdiyi “VAZ 21015” markalı avtomobillə Şirvan şəhərindən Sabirabad istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.

 

# 629
avatar

Oxşar yazılar