Sabirabadda<span style="color:red;"> DƏHŞƏTLİ QİSAS :barmaqlarını kəsdi, gözünü çıxartdı
12 aprel 2014 13:48 (UTC +04:00)

Sabirabadda DƏHŞƏTLİ QİSAS:barmaqlarını kəsdi, gözünü çıxartdı

 

 

Sabirabadda dəhşətli cinayət baş verib. Lent.az-ın məlumatına görə, Sabirabad rayonu Kürkəndi kənd sakini Davudov Aqil Güloğlan oğlu qisas zəminində “Löpüş” ləqəbli Məmmədov Rövşən Yavər oğlunu baltayla doğrayıb.

 

Hadisə rayonun “RTS” adlı yerində,  çayxanaların birində baş verib. Məlumata görə, Aqilin “Löpüş”ü öldürmək məqsədi olmayıb O, bu hərəkəti qisas məqsədi ilə edib. Hadisəyə səbəb isə bir qədər əvvəl toyda onların arasında baş vermiş davadır. Həmin vaxt Rövşən bıçaqla Aqilin üstünə atılaraq onun sifətinə “şram” atıb.

Aqil isə bunu unutmayıb və intiqam almağı planlayıb. 3 gün əvvəl “RTS”-in yaxınlığındakı çayxanaya gələrək “Löpüş”ü orda tapıb. Çayxanadan hamını bayıra çıxardan Aqil qapını bağlayıb. Sonra isə onu yerə yıxaraq baltayla əl barmaqlarını doğrayıb, biləyini kəsib.  Daha sonra isə gözünü çıxardıb.

Çayxananı tərk edən Aqil oradan birbaşa polisə gələrək təslim olub.

Məlumata görə, Rövşən Məmmədov isə hazırda Bakıdakı klinikaların birindədir.

Hadisəylə bağlı Sabirabad Rayon polis Şöbəsiylə əlaqə saxladıq. Şöbədən hadisənin baş verməsini təsdiqləsələr də, istintaq getdiyi üçün əlavə məlumat verməkdən imtina etdilər.

# 7096
avatar

Oxşar yazılar