Jurnalistin oğlu niyə axtarışa verildi?  - Polisdən AÇIQLAMA
23 may 2024 17:25 (UTC +04:00)

Jurnalistin oğlu niyə axtarışa verildi? - Polisdən AÇIQLAMA

Jurnalist Nahid Canbaxışlı oğlu Fəridə cinayət işi açılmasından narazılıq edib. O bildirib ki, cinayət hadisəsində oğlu yaralansa da, ona qarşı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a bildirib ki, qeyd olunan xüsuslarla bağlı Qaradağ rayon Polis İdarəsində istintaq hərəkətləri aparılıb:

“Bu səbəbdən müəyyən olunan digər halların araşdırılması üçün Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaqı aparılan iş 25 mart 2024-cü il tarixdə ayrıca icraata qəbul edilib.

Cinayət işinin ayrılmasına səbəb Canbaxışlı Fərid Nahid oğlunun 10 oktyabr 2023-cü il tarixdə saat 7 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mənzilində aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı həyat yoldaşı Canbaxışlı Zərri Şahin qızını döyərək onun sağlamlığına yüngül zərər vurması olub.

F. Canbaxışlının xəsarət alması faktı ilə bağlı iş 09.04.2024-cü il tarixdə istintaq tədbirləri tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

F.Canbaxışlının təqsirləndirilən şəxs kimi cəlb olunduğu iş üzrə isə o, dəfələrlə edilən çağırışlara məhəl qoymayaraq istintaqa gəlmədiyindən 23 may 2024-cü il tarixdə barəsində axtarış elan edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3645
avatar

Oxşar yazılar