Sabir Rüstəmxanlının qardaşının ittiham olunduğu məhkəmədə şahidlər ifadə verib
10 iyul 2015 12:08 (UTC +04:00)

Sabir Rüstəmxanlının qardaşının ittiham olunduğu məhkəmədə şahidlər ifadə verib

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və qeyrilərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Emin Şəkinskinin nümayədəsi Asif Məmmədov çıxış edib. O, Emin Şəkinskinin ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib. Nümayəndə çıxışı zamanı oğurluqdan Gülnarə Şəkinskinin ölkədən çıxmasından sonra xəbər tutulduğunu bildirib: "Emin Şəkinski keçmiş həyat yoldaşı Gülnarənin ölkədən çıxmasından evində olan seyfinin oğurlandığını bilib. Seyfin içində 60 min manat pul olub. Pul və seyf Emin Şəkinskiyə məxsus olub. Açarıda Emin Şəkinski də olub.  Onlar 2008-ci ildə rəsmi olaraq boşanıblar. Həmin məzil Emin Şəkinski tərəfindən arvadı Gülnarə Şəkinskinin adına alınıb.  Həmin mənzil mart ayında sökülüb. Fevralda isə seyf oğurlanıb. Kompensasiya isə G. Şəkinskiyə ödənilib".

 

Təqsirləndirilən şəxsin vəkili Cabir Mehrəliyev vəsatətlə çıxış edərək məhkəməyə zərərçəkmiş şəxsin özünün gəlməsini istəyib.

 

Bundan sonra məhkəmədə şahid qismində Əli Bəxşəliyev ifadə verib. O, 30 ildən artıq bir müddətdir ki, Bərdə rayon icra nümayəndəliyində çalışdığını bildirib: "Təqdirləndirələnlərdən yalnız Raqibi tanıyıram. O, 25 ildir idarənin çayxanasını işlədir. Bir gün yanıma gəldi ki, uşağı kənddən rayonun özünə qeydiyyata salmaq istəyirəm. Mən dedim ki, ona sənəd verməyəcəklər. Sən birinci kənddən sənəd al. O, mənə dedi ki, sən arayış ver, qalanını həll edəcəm. Neçə illərdir, tanıyırdım. Verdim".

 

Bundan sonra şahid qismində  Şaban Hüseynov ifadə verib.  O, ifadəsində yalnız Pənah Dadaşovu tanıdığını deyib: "Mən onun qonşu kəndçisiyəm. Evdəydim, zəng elədi ki, xəstə var, gedək bir yerdə müalicə elətdirək. Mingeçevirə getdik, ordan da Balakənə. Orda bildim ki, biz Gürcüstana gedirik. Orda bir maşın gəldi. İçində qadın vardı. Amma tam üzünü görmədim. Birinci mənə dedilər ki, sən keçmə, dur bizi gözlə, gedib gəlirik. Nəsə elə oldu ki, mən də keçdim. Tbilisiyə gedib avtovağzalın yanına çıxdıq. Çay içdik və geri qayıtdıq. Buna görə mənə 500 manat pul verdilər. 200 manat yol xərci, qalanı da borcları vardı. Amma mən bu məsələdən heç nə anlaya bilmədim".

 

Məhkəmə prosesi iyulum 23 də davam edəcək

 

 

Xatırladaq ki,  təqsirləndirilən şəxslər Pənah Dadaşov, Namiq Camalov, Raqib İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovadır. İttiham aktına görə, həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.Şəkinskayanın keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manat pulu oğurladığı iddia edilir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar. Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.

Qeyd edək ki, təqsirləndirilən Əlövsət Əliyev hazırda Almaniyada mühacirətdədir. Ə.Əliyev VHP sədri, deputat, xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar