Sabiq prokuror Mirələkbər Seyidova hökm oxundu
15 iyul 2013 16:21 (UTC +04:00)

Sabiq prokuror Mirələkbər Seyidova hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən M. Seyidov 2 il sınaq müddəti olmaqla 7 il şərti cəzaya məhkum edilib.

 

Qeyd edək ki, M. Seyidov hazırda Fransada yaşayan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. İbtidai istintaq zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməyib, o istintaq başa çatanadək zamində qalıb.

 

Bu günə kimi M. Seyidovun məsuliyyətə cəlb edilməsi barədə heç bir rəsmi açıqlama verilməyib.  

 

Onu da qeyd edək ki, M. Seyidov E. Abdullayevin tələbə yoldaşı olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3112
avatar

Oxşar yazılar