Sabiq nazir həbsdə qaldı
16 iyun 2016 14:09 (UTC +04:00)

Sabiq nazir həbsdə qaldı

0

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq nazir Nicat Quliyevin şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

 

 

 

Lent.az-ın məlumatına görə, keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən  Nicat Quliyevin şikayəti təmin edilməyib.

 

 

 

Qeyd edək ki, N. Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb

 

 

 

Nicat Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub. Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə hökmdən təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətini təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib. Şikayətdə onun barəsində olan cinayət işinin ləğv edilməsi, azadlığa buraxılması istənilib. Lakin Ali Məhkəmə də şikayəti təmin etməyib. Bir müddət əvvəl o, vaxtından əvvəl cəzadan azad olunması barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun ərizəsini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Onu da qeyd edək ki, N.Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar