Sabiq məmurun evini soyanların cəzası azaldıldı
15 noyabr 2016 10:31 (UTC +04:00)

Sabiq məmurun evini soyanların cəzası azaldıldı

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun evindən seyf oğurlamaqda təqsirləndirilən Ruslan Nabatov və Ramil Bağırov birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. R .Nabatov və R.Bağırovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il azaldılıb.

 

Qeyd edək ki, oğurluq bu il mayın 23-də baş verib. R.Nabatov tanışı R.Bağırovla birlikdə Bakı şəhər sakini, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavini M.Mədətovun Zirə qəsəbəsində yerləşən bağ evindən içərisində 10 min ABŞ dolları və 40 min avro pul olan seyfi oğurlayıb. Daha sonra həmin şəxslər maşını zibillik olan əraziyə sürüblər və seyfi sındıraraq içərisindəki pulları bölüşdürüblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Nabatov və R.Bağırov hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Xatırladaq ki, M.Mədətovun oğlu Xalid Mədətov 2014-cü ilin mart ayının 15-də gecə saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində məşhur tarzən, xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı Briliant Abdullayeva və onun nəvəsi Ağasəlim Abdullayev dünyasını dəyişib. Hadisəni törədən şəxs məhkəmənin hökmü ilə 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Sürücülük hüququndan məhrum edilmə cəza müddəti bitdikdən sonra tətbiq olunacaq. Hadisədən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə M.Mədətov “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də tutduğu vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Səlcuq Elçin

Oxşar yazılar