Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35 dərəcə, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı və yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.