Saatlıda zəhərlənənlərin vəziyyəti stabildir
27 dekabr 2013 17:15 (UTC +04:00)

Saatlıda zəhərlənənlərin vəziyyəti stabildir

Saatlı rayonunda evdə konservləşdirilmiş pomidor turşusundan zəhərlənən şəxslərin vəziyyəti stabildir.


 

Bunu APA-ya açıqlamasında 1 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion-Reanimasiya şöbəsinin məsul həkimi Vaqif Baloğlanov deyib.

 

Xəstəxanaya Saatlıdan zəhərlənmə diaqnozu ilə 5 nəfərin müraciət etdiyini deyən V.Baloğlanov onlardan ikisinin azyaşlı olduğu üçün 2 saylı Uşaq Xəstəxanasına köçürüldüyünü deyib: “Hazırda burada olan 3 xəstə reanimasiya şöbəsindən çıxarılıblar, müstəqil nəfəs alırlar”.

 

Ə.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasından isə bildiriblər ki, azyaşlıların vəziyyəti orta-ağır olaraq qalır: “Daha çox Fəqan Məmmədovun vəziyyəti pisdir. Uşaqlar hələ də reanimasiya şöbəsindədirlər”.

 

Qeyd edək ki, kütləvi zəhərlənmə Saatlı rayonunun Şirinbəy kəndində hadisəsi baş verib. Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun həyat yoldaşı 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, 1984-cü il təvəllüdlü oğlu Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, 1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15