<b>Rüşvət alan komissiya sədrinin məhkəməsi başladı </b>
16 iyun 2016 18:38 (UTC +04:00)

Rüşvət alan komissiya sədrinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədri Fəsad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Fəsad Mustafayev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

Məhkəmə prosesi iyunun 24-də davam edəcək

Qeyd edək ki,  Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədri Fəsad Mustafayev rüşvət alarkən yaxalanıb. O, Bakı şəhər sakininə əlillik sənədinin düzəldilməsi üçün pul istəyib.

Fəsad Mustafayev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Səlcuq Elçin

Oxşar yazılar