Bakıda Rusiya Federasiyasının axtarışa verdiyi şəxs tutulub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nobel prospekti 23 ünvanında yerləşən Asan Xidmət Mərkəzinə sürücülük vəsiqəsini dəyişdirmək üçün müraciət edən 1974-cü il təvəllüdlü Allahverdiyev Aslan Hacıbəy oğlunun axtarışda olduğu məlum olub. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 163.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə axtarışda olan şəxs dərhal saxlanılıb.
Hazırda A.Allahverdiyevin sənədləri barəsində qətimkan tədbiri seçilməsi məqsədi ilə toplanılır, onun Rusiyaya ekstradisiya edilməsi də mümkündür.
Qeyd edək ki, 42 yaşlı A.Allahverdiyev Suraxanı rayon sakinidir.