Rusiyanın hüquq-mühafizə orqanları 25 yaşlı Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib. Lent.az İnterpol-a istinadən xəbər verir ki, 15 noyabr 1991-ci ildə Göygöl rayonunda anadan olmuş Taleh Zeynalov Rusiyada ağır yol qəzası törətməkdə təqsirli bilinir.
Onun xarakterik əlamətləri barəsində açılmış anketdə qeyd edilib. T.Zeynalovun Azərbaycan və rus dillərində sərbəst danışa bildiyi də əlavə edilib.