İyunun 2-də Bakıda və Abşeron yarmadasında bəzi yerlərdə qısa müddətli yağış yağacağı, gecə şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, gün ərzində hava şəraitinin dəyişkən buldulu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal şərq küləyi əsəcək. Rayonlarda gecə və axşam əsasən şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı dolu düşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 17-22 gündüz 29-34, dağlarda gecə 9-14 gündüz 20-25 dərəcə isti olacaq. Ayın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Temperatur gecə 16-21, gündüz 23-28 dərəcə isti olacaq. Rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə leysan xarakterli yağış yağacağı dolu düşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək. Temperatur gecə 16 -21 gündüz 26-31 dərəcə isti olacaq. Dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 21-22 , Zaqulba, Mərdəkan, Şüvalan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx və Sahil çimərliklərində isə 23-24 dərəcə isti olacaq.

Rayonlara dolu yağacaq, Bakı çimərliklərində...
Oxşar yazılar

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
10 may 2025 , 21:06
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB
10 may 2025 , 20:16
36 yaşlı ana və 67 yaşlı ata yeni doğulan uşağı küçəyə atdılar
10 may 2025 , 19:52
Ağstafada yol qəzası olub, 4 nəfər yaralanıb
10 may 2025 , 19:49
Özünə biznes qurmaq üçün 1 yaşlı oğlunu satışa qoydu - ŞOK
10 may 2025 , 19:16
Lənkəranda maşın 10 yaşlı məktəblini vurdu
10 may 2025 , 18:21
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10 may 2025 , 16:42