Bu barədə APA-ya Rauf Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib. Axtarış zamanı vəkillərin iştirakı təmin olunmayıb, axtarış nəticəsində hazırlanan protokol da onlara təqdim olunmayıb: “Bizdə olan məlumata görə, evdən nəsə tapılmayıb”.
Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.