Həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkilləri Baş Prokurorluğa müraciət ediblər.
Bu barədə APA-ya məlumat verən vəkil Elmar Süleymanov bildirib ki, müraciətdə R. Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin başqa yerə getməmə haqqında iltizamla əvəz olunması xahiş edilib: “Biz xahiş etdik ki, Baş Prokurorluq bununla bağlı məhkəmə qarşısında təqdimatla çıxış etsin”.