Rauf Mirqədiorovun şikayəti təmin edilməyib
27 may 2014 17:57 (UTC +04:00)

Rauf Mirqədiorovun şikayəti təmin edilməyib

Səbail Rayon Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun ailə üzvləri ilə görüşə və telefon əlaqəsi yaradılmasına müstəntiq tərəfindən qoyulan məhdudiyyət qərarının ləğv edilməsi barədə şikayətə baxılıb. 

 

Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, prosesdə R. Mirqədirovun vəkilləri çıxış edərək, bildiriblər ki, müdafiə etdikləri şəxs atasının yas mərasiminə buraxıldığı üç gün ərzində özünü nümunəvi aparıb, hər hansı qanun pozuntusuna yol verməyib, istintaq sirrini yaymayıb. Vəkillər həmin qərarın ləğv edilməsini istəyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

 

E. Süleymanov məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini deyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587
avatar

Oxşar yazılar