Rasim Musayev DİN-də idarə rəisi oldu
02 fevral 2013 12:26 (UTC +04:00)

Rasim Musayev DİN-də idarə rəisi oldu

İdarənin sabiq rəisi Möhübbət Hüseynov Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin edilib


 

Azərbaycan Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi polis polkovniki Möhübbət Hüseynov tutduğu vəzifədən azad edilərək Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin edilib. Lənkəran şəhər Polis Şöbəsinə rəisi polis polkovniki Elxan Əliyev sərəncama götürülüb.

 

R. Usubovun digər əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi polis general-mayoru Rasim Musayev DİN Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5530
avatar

Oxşar yazılar