Ramil Usubov Bərdədə qəbul keçirdi
09 mart 2013 17:05 (UTC +04:00)

Ramil Usubov Bərdədə qəbul keçirdi

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar martın 9-da Bərdədə növbəti qəbul keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş vətəndaşların ərizə və şikayətlərinə operativ baxılmasına, müraciətlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına dair Prezident İlham Əliyevin məlum tələb və tapşırığı əsasında baş tutub.

 

Nazir Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, Tərtər, Naftalan, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Xocalı şəhər və rayonlarının bir qrup sakinini qəbul edib. O, müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ həlli üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib. 30 vətəndaşın müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb.

 

Qalan müraciətlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15