Qubada iki maşın toqquşub, 3 nəfər xəsarət alıb
31 avqust 2015 14:14 (UTC +04:00)

Qubada iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Ötən gün Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun, Quba rayonun Vladimirovka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 21 07” markalı nəqliyyat vasitəsilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər - Quba rayonu, Əlibəyqışlaq kənd sakinləri - 1956-cı il təvəllüdlü Əyyubov Sabir Tahir oğlu, 1957-ci il təvəllüdlü Əyyubova Hənifə Məmmədağa  qızı və 1967-ci il təvəllüdlü Əliyeva Yəmən Məmmədağa qızı ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar