Quba sakini dərmandan zəhərlənib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayon İcra Hakimiyyəti başçısının Xınalıq İnzibati Ərazi Vahidliyi nümayəndəsi Fizuli Şərifov dərman zəhərlənməsi diaqnozu ilə ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğundan o, paytaxtda yerləşən tibb müəssisələrindən birinə aparılır.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.