Quba-Xınalıq yolunda hərəkət bərpa olunub
19 sentyabr 2016 10:50 (UTC +04:00)

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub

0

 

Sentyabrın 2-də şimal bölgəsinə yağan güclü yağış nəticəsində sıradan çıxan Quba-Xınalıq yolunda problem aradan qaldırılıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 36-37-ci km-də selin dağıtdığı yolda avtomobillərin hərəkəti bərpa olunub. Yolun 57-ci km-nə qədər olan hissəsindki problemlər də aradan qaldırılıb. Güclü sel səbəbindən qəzalı vəziyyətə düşən Quba-Xınalıq yolunun 29-cu və 36-cı km-də yerləşən körpülər də təmir edilib. 
 
Qeyd edək ki, sentyabrın 2-də gecə saatlarında şimal bölgəsinə yağan güclü yağış Quba-Xınalıq yolunun bağlanmasına və 7 kəndlə əlaqənin kəsilməsinə səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar