Qonşusunu bıçaqlayan gənc oğlan polisə təslim olub
01 may 2015 13:55 (UTC +04:00)

Qonşusunu bıçaqlayan gənc oğlan polisə təslim olub

Aprelin 30-da saat 4 radələrində Gəncə şəhər sakini 21 yaşlı Şükür Əşrəfov bıçaqlanıb. Lent.az-ın məlumatına görə, döş qəfəsinin və qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Araşdırmalar nəticəsində məlum olub ki, Şükür Əşrəfovu mübahisə zəminində qonşusu 24 yaşlı Rəsul Əndi bıçaqlayıb. R.Əndi sonradan polis şöbəsinə gələrək təslim olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 114

Oxşar yazılar